\
24 Aprel 2024 - Çərşənbə

"Koroğlu" operası türk dünyası musiqiçiləri ilə birlikdə hazırlanacaq

"Koroğlu" operası türk dünyası musiqiçiləri ilə birlikdə hazırlanacaq
1379baxış

Koroğlu” operası türk dünyası musiqiçiləri ilə birlikdə hazırlanacaq.

Mediapress.az xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Konfransında çıxışı zamanı Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müavini Sara Timurova deyib.

O qeyd edib ki, bu işdə Türkiyə musiqiçiləri xüsusilə yer alacaq: “Koroğlu” operasının türk dünyası musiqiçiləri, xüsusilə də Türkiyə musiqiçiləri ilə birlikdə premyerasını planlaşdırırıq”.