\
27 Aprel 2024 - Şənbə

Kimsəsiz uşaqların Yeni il sevinci -FOTOLAR

Kimsəsiz  uşaqların Yeni il sevinci -FOTOLAR
1789baxış

Xalqımız 2023-cü ili böyük sevincvə ruh yüksəkliyi ilə qarşılayır.Buna səbəb ölkəmizdə bütün sahələrdə əldə olunmuş diqqətəlayiq uğur və nailiyyətlər, qələbə ovqatı, quruculuq əzmidir. Xalq  olaraq, zəfər və qələbələr yolunda inamla addımlayırıq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz öz gücünü, qüdrətini daim artırır, dünya birliyində tutduğu layiqli yeri daha da möhkəmləndirir.

Davamlı və dayanıqlı iqtisadi inkişaf sayəsində əhalinin rifahı yüksəlir, həmçinin sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət qayğısının və ictimai dəstəyin göstərilməsi imkanları genişlənir.

Korporativ sosial məsuliyyətə xüsusi diqqət yetirən, bu sahədə fəaliyyətini cəmiyyətin tələbatına uyğun qurmağa çalışan “Manqal” restoranlar şəbəkəsi və “Burger bəy” restoranı Yeni il ərəfəsində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sevincinə səbəb olub. Belə ki,Yeni il şənliyi təşkil etmək barədə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində Mədəni Tədbirlər Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin müraciətini müsbət cavablandırıb. Dekabrın 19-da sözügedən həssas qrupa mənsub 50 uşaq üçün maraqlı bayram şənliyi təşkil olunub. Tədbir iştirakçılarına bayram süfrəsi, hədiyyələr və incəsənət ustalarının iştirakı ilə şou-proqram təqdim edilib.