Türkiyəli rejissor “Yarat”da görüş keçirib.
Mediapress.az Bugun.tv-yə istinadən xəbər verir ki, tanınmış rejissor Semih Kaplanoğlu “Bakı Türk Filmləri Həftəsi” çərçivəsində “Yarat” Sərgi Mərkəzində azərbaycanlı rejissor və tələbələrlə görüşüb. O, öz sənətindən, bir rejissor kimi öz işini necə qurmasından danışıb. Kino ilə ideyalar arasındakı əlaqəni izah edib.
Bir ideyanın sonda necə bir filmə çevrildiyi haqqında danışmaq istərdim. “Kino peşə deyil. Bəzən filmi pambıq çubuqlarına çevirib yaşatmaq lazımdır”.
Kaplanoğlu Azərbaycan, paytaxt Bakı ilə bağlı təəsüratlarını da bölüşüb. “Bakıda itirdiyimiz başqa bir ruh var. Bunu anlamaq üçün burada daha çox olmalıyıq” deyə, söyləyib. “Mənim üçün Azərbaycan Qarabağ deməkdi. Orada gördüklərimiz və bura haqqda bildiklərimiz məhdud idi. Sonra başqa fikirlərim oldu. Burada qorunan bir dünya var”.