\
26 Aprel 2024 - Cümə

Dünyaca məşhur pianoçu Riçard Klayderman Bakıya gəlir

Dünyaca məşhur pianoçu Riçard Klayderman Bakıya gəlir
1443baxış

Dünya şöhrətli musiqiçi Riçard Klayderman ilk dəfə Bakıya gəlir.

Mediapress.az xəbər verir ki, sənətçi 7 martda orkestrin müşayiəti ilə Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.270 qızıl və 70 platinium mükafata sahib musiqiçi klassik və pop musiqini birləşdirərək yeni romantik üslub yaradıb.

Bu günə qədər o, 1200-dən çox musiqi əsəri yazıb və ümumi tirajı 90 milyon olan 100-dən çox kompakt-diskin sahibidir. Vaxtının böyük hissəsini konsertlərdə keçirən Riçardın 2006-cı ildə əsərlərinin 70 milyon satışı qeydə alınıb.

Riçard Klayderman “Dünyanın ən uğurlu pianoçusu” kimi Ginnesin Rekordlar Kitabına düşüb.