\
24 Noyabr 2024 - Bazar günü

Azərbaycan Kinematoqrafçılar İttifaqı 2022 il üçün hesabatını yaydı

Azərbaycan Kinematoqrafçılar İttifaqı 2022 il üçün hesabatını yaydı
1481baxış
Bildiyiniz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı(AKİ) ictimai təşkilat olaraq görülən işlərin hesabatını il ərzində Aki.az saytı vasitəsilə geniş oxucu auditoriyasının diqqətinə çatdırır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı son illər ərzində kino nəşrlərini dəstəkləmiş, kino təhsilinin inkişafında, milli filmlərin təbliğatında əsas rol oynamış, festivalların keçirilməsində öz maddi və mənəvi dəstəyini əsirgəməmiş, kino tənqidinin inkişafı üçün əməli addımlar atmışdır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti  bu il görülmüş işlərin hesabatını təqdim edərək bildirir ki, 2023-cü il fəaliyyət planında, milli kinonun təbliği, kino təhsili, kino nəşrlərinə dəstək, festival hərəkatında iştirak, kino tənqidinin inkişafı fəaliyyətinin əsas prioritetlərindən olacaq.
2022-ci ildə görülən işlərin hesabat xarakterli siyahısını sizlərə təqdim edirik:
YANVAR
15 yanvar Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Əli İsa Cabbarov, ssenaristilər Cəlil Cavanşir, Pərviz Məmmədov, Pərviz Seyidli, Şahbazə Hüseynova, Elvin Paşa, Hacı Səfərov, kinotənqidçi Sevda Sultanovanın iştirakı ilə kinodramaturgiyada problemlər, inkişaf meylləri, sifarişçi ilə ssenarist arasında olan münasibətlər müzakirə olunub.
19 yanvar Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qarabağa kitabla gedək” kampaniyasına dəstək verməyə davam edir.
AKİ ilkin mərhələdə müxtəlif janrlı əsərlər-Azərbaycan klassik ədəbiyyatından tutmuş, dünya klassik ədəbiyyatına qədər 118 ədəd kitabı Milli Kitabxanaya təqdim edərək işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışlamışdı. İkinci mərhələdə İttifaq Kitab fonduna 179 kitab da bağışladı.
24 yanvar “Azərbaycan kinosunda prodüserə, prodüser missiyasına münasibət” mövzusu üzərində danışıqlar aparılıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqında keçən müzakirədə kinoprodüserlər İradə Bağırzadə, Oksana Rəsulova, Sevinc Əliyeva, Rəhimə Hacıyeva Iştirak ediblər. Xanım prodüserlər yekdilliklə bir tezisi bəyan edirlər: Azərbaycan kinosunda prodüserə, prodüser missiyasına münasibət dəyişməlidi!
29 yanvar AKİ bu dəfə mövzunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində tədrisin keyfiyyəti, bu ixtisas üzrə məzunların hazırda qarşılaşdıqları problemlər, yaradıcıqlıqla məşğul olmaları üçün hansı şərtlərin vacibliyi üzərində qurdu. Kinoşünas Sevda Sultanovanın moderatorluğu ilə keçən müzakirədə gənc kinorejissorlar – İlahə Nurullayeva, Kürçaylı Məmmədov, Ruslan Kərimov, Rusif Hüseynov, İlqar Quliyev, Ülviyyə Əhmədova, Leyla Şah iştirak ediblər.
FEVRAL
11 fevral Azərbaycan Kinematoqrafçılar İttifaqında AKİ İdarə Heyətinin üzvləri, rejissorlar -Nizami Abbas və Tahir Tahiroviçin, eyni zamanda İlkin Yusif, Oqtay Namazov, Amil Amalın iştirakı ilə sənədli kino  haqqında müzakirə keçirilib.
15 fevral Azərbaycan Kİnematoqrafçılar İttifaqında Rusiya Mədəniyyət Mərkəzinin (Rossotrudnicestvo) dəstəyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyevin quruluş verdiyi “Savva Morozov” filmi nümayiş olunub. Rusiya Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbir məşhur mesenat S. Morozovun 160 illik yubileyinə həsr olunmuşdu.
Eyni gündə Asan könüllülər ictimai təşkilatı ilə bir yerdə keçirdiyi “Gənc kinematoqrafçı” layihəsinin növbəti dərsi İttifaqın Kİno Məktəbinin yenilənmiş məkanında keçib. Kinorejissor Məzahir Haşımov “ssenari işi, rejissor və ssenaristin birgə işi”mövzusunda mühazirə söyləyib və tələbələrin suallarını cavablandırıb.
18 fevral Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə dərc edilən “Fokus” jurnalının 9 illik fasilədən sonra buraxılan yeni, 10-cu nəşri münasibətilə “Azərbaycan kinosu hara gedir?” mövzusunda müzakirə keçirilib.
Müzakirənin moderatorluğunu edən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katib…