\
25 Aprel 2024 - Cümə axşamı

"Toy Tələsi” filminin qala gecəsi baş tutdu - FOTOLAR

"Toy Tələsi” filminin qala gecəsi baş tutdu - FOTOLAR
1457baxış

Yanvarın 5-də "Toy Tələsi” filminin qala gecəsi baş tutub.

Mediapress.az xəbər verir ki, təqdimat Park Cinema “Flame Towers”də keçirilib.

Filmin ssenari müəllifi Yeganə Kərimzadə, quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova, mətbuat katibi Elnarə Dərziyevadır. “Toy tələsi” komediyasında Əməkdar artist Vaqif Kərimov, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Namiq Əlioğlu, Tahir İsmayılov, Rövşən Rəhmanoğlu, Samirə Abbasova, Gülşən Əliyeva, Rumiyyə Yusifova, Samirə Cavanşir, Gülmira Fərzəliyeva, Ramilə Məmmədova və başqaları rol alıblar.

Gənc müğənni Rəvan canlı ifaları ilə təqdimata rəng qatıb.

Xatırladaq ki, komediya sevərlər tammetrajlı, 90 dəqiqəlik “Toy Tələsi” bədii filmini yanvarın 5-dən etibarən Park Cinema-nın bütün kinoteatrlarında izləyə biləcək.

1

 
1
 
1
 
1
 
1
 
1
 
1