\
15 Yanvar 2025 - Çərşənbə

Tanınmış Türk ozanı Aşıq Veysəl UNESCO-nun anım proqramına daxil edildi - FOTO

Tanınmış Türk ozanı Aşıq Veysəl UNESCO-nun anım proqramına daxil edildi - FOTO
28377baxış

Böyük aşıq Aşıq Veysəl UNESCO-nun 2023-cü il anım proqramına daxil edilib. Əlli il əvvəl vəfat edən Veysəl, ölkənin mədəni dəyəri olan, Türkiyənin aşıqlıq ənənəsinin ən önəmli nümayəndələrindən sayılır . Aşık Veysəlin vəfatının 50-ci ildönümü Türkiyədə və xaricdə təşkil edilən tədbirlərlə anılacaq.

Bədahətən deyilən şeiri və musiqini birləşdirən çoxşaxəli Anadolu aşıq sənəti, beş yüz ildən artıqdır ki, Anadoluda tətbiq edilir və Türkiyədə mədəni yaddaşın və zənginliyin mühüm ifadə formasıdır. Dünya miqyaslı xalq aşığı Aşıq Veysəl (Şatıroğlu) bu xalq sənətkarlarının ən məşhurlarındandır və onun sənəti vəfatından sonra da tolerantlıq, sevgi və vətənpərvərlik mesajları ilə bəstələnmiş misralarla bəşəriyyəti və gələcək nəsilləri aydınlatmağa davam edir .

UNESCO , 41-ci Baş Konfransda qəbul edilən qərarla şairin vəfatının 50-ci ildönümü ilə bağlı 2022-2023-cü illərdə Aşıq Veysəli də yubiley tədbirlərinə daxil edib. Proqram çərçivəsində Aşıq Veysəl il boyu həm Türkiyədə, həm də xaricdə keçirilən görüşlər, sərgilər və konsertlər kimi müxtəkif tədbirlərlə anılacaq.

Aşıq Veysəl : Aşıq ənənəsinin son böyük təmsilçisi

1894-cü ildə Sivasın Şarkışla rayonunun Sivrialan kəndində anadan olan Aşıq Veysəl 7 yaşında keçirdiyi suçiçəyi xəstəliyindən hər iki gözünü itirib. O, on yaşında saz (türk xalq musiqisində istifadə olunan simli alət) çalmağa başlayıb. 1933-cü ildə sənətkar ifaçı kimi Türkiyəni gəzməyə başlayır, səfər boyunca insanlara saz çalmağı öyrədir.