\
29 Mart 2024 - Cümə

Tbilisidə Vaxtanq Kikabidze ilə vida mərasimi keçirilir

Tbilisidə Vaxtanq Kikabidze ilə vida mərasimi keçirilir
1170baxış

Gürcüstanın paytaxtı Tbilisidə tanınmış gürcü incəsənət xadimi Vaxtanq (Buba) Kikabidze ilə vida mərasimi keçirilir.

Mediapress.az xəbər verir ki, Kaşveti kilsəsində keçirilən mərasimində mərhumun yaxınları, gürcü incəsənət xadimləri, müğənnilər, aktyorlar, siyasətçilər və digər ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimi yanvarın 18-də də davam edəcək.

Yanvarın 19-da isə Vaxtanq Kikabidzenin cənazəsi Tbilisidə Böyük Konsert Zalından çıxarılaraq dəfn ediləcək.

Qeyd edək ki, müğənni, kinoaktyor, rejissor, ssenarist, Gürcüstanın xalq artisti Vaxtanq (Buba) Kikabidze yanvarın 15-də 84 yaşında vəfat edib.