\
24 Noyabr 2024 - Bazar günü

Qoy uşaqlar xoşbəxt olsun... - Kukla Teatrının kollektivindən möhtəşəm addım

Qoy uşaqlar xoşbəxt olsun... - Kukla Teatrının kollektivindən möhtəşəm addım
1652baxış

15 fevral Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur. Bununla əlaqədar bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olaraq bu azyaşlılara sevinc və təbəssüm bəxş etməyə çalışır.

Azərbaycan Dövlət Kukla Teatrından Mediapress.az- a verilən məlumata görə, sosial-mədəni aksiyaları çərçivəsində xeyriyyə tədbirlərini ənənəyə çevirən teatr heyəti bu vacib məsələ ilə bağlı da vahid proqram reallaşdırır.


Belə ki, hər il müxtəlif təşkilatlar ilə əməkdaşlıq çərçivəsində Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasında müalicə alan uşaqlar üçün tamaşalar nümayiş etdirib, müxtəlif konsertlər, şoular təşkil edir.

Kuklaçılar bu dəfə də “Avrora Qrup” ilə əməkdaşlığın nəticəsi olaraq mərkəzdə müalicə alan uşaqlar üçün repertuardakı maraqlı səhnə nümunələrindən “Qoğal” tamaşasını nümayiş etdiriblər. Bununla yanaşı, balacalar üçün müxtəlif şoular, əyləncəli oyunlar da təşkil olunub.

Günel Ayxan