Fuad Poladovun şəkilsiz qəbir daşı…
1114
Ötən ay dünyasını dəyişən xalq artisti Fuad Poladovun vəsiyyətinə uyğun olaraq baş daşına fotosu vurulmayıb.
Bu barədə “Bağışla bizi” başlığı ilə paylaşım edən aktyor Hikmət Rəhimov bildirib.
F.Poladovun ölümündən sonra müsahibə verən həyat yoldaşı Gülüstan Poladova bildirmişdi ki, xalq artisti başdaşına şəkil vurulmamasını vəsiyyət edib. Aktyorun vəsiyyətinə əsasən də onun qəbir daşında ad, soyad və doğum, ölüm tarixləri qeyd edilib.
Qəbir daşının yuxarı sağ küncündə isə teatrın rəmzləri olan “gülən-ağlayan üz” işarəsi vurulub.
Qeyd edək ki, xalq artisti F.Poladov 5 mayda dünyasını dəyişib. (kult)