Rejissor öz ölümünü videoya çəkdi - Ukraynada
1995
Ukraynalı rejissor Leonid Kanter öz ölüm səhnəsini video lentə çəkib.
Mediapress.az Ukrayna milli polisinin mətbuat katibi Yaroslav Trakaloya istinad edən "Ukraina.ru"ya yönəlik xəbər verir ki, intiharda istifadə olunmuş video-görüntü və tapança müsadirə olunaraq cinayət işinə əlavə edilib. Mətbuat katibi bildirib ki, etik normalara görə videonun yayımlanmasının qarşısı alınacaq.
Qeyd edək ki, mərhum 1981-ci ildə Kiyev şəhərində anadan olub. O, uzun müddət dövlət televiziyasında aparıcı kimi çalışıb. 2003-cü ildə yaratdığı “Lizard Film” kinostudiyasında 50-dən çox qısametrajlı bədii film və sənədli film istehsal edib.