\
23 Noyabr 2024 - Şənbə

Azərbaycanlı bəstəkar Almaniyada vəfat edib

Azərbaycanlı bəstəkar Almaniyada vəfat edib
1641baxış

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni, bəstəkar Leyla Şaripova 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib.

Mediapress.az xəbər verir ki, bu barədə tacik jurnalist Odil Nozir sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, L.Şaripovanın atası Türkiyə, anası isə Güney Azərbaycan türküdür. O, 1959-cu ildə Düşənbə musiqi məktəbini bitirib. Respublika Televiziya və Radio Komitəsinin bədii kollektivində xanəndə kimi fəaliyyət göstərib, eyni zamanda fars dilində Tacikistan radiosunda verilişlər aparıb. 1964-cü ildə komitənin nəzdində ilk “Gülşən” estrada ansamblını yaradıb və onun bədii rəhbəri olub. 1967-ci ildə Tacikistanı tərk edərək Azərbaycanda fəaliyyətini davam etdirib.

L.Şaripova 1965-ci ildə Tacikistan SSR-nin Xalq artisti, 1978-ci ildə isə Azərbaycan SSR-nin Xalq artisti adını alıb.