\
19 Sentyabr 2024 - Cümə axşamı

"Milli Musiqi Günü xalqımızın Üzeyir bəyə olan hörmətinin ən gözəl təzahürüdür" - Siyavuş Kərimi

"Milli Musiqi Günü xalqımızın Üzeyir bəyə olan hörmətinin ən gözəl təzahürüdür" - Siyavuş Kərimi
1120baxış

1995-ci ildən başlayaraq rəsmi olaraq Üzeyir bəyin ad günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu, əlbəttə ki, Azərbaycan musiqisinin möhtəşəmliyinin, xalqımızın musiqiyə böyük məhəbbəti olduğunun, o cümlədən Üzeyir bəyə olan hörmətinin ən gözəl təzahürüdür.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi deyib.

“Bu gün ölkəmizdə müxtəlif konsertlər, tədbirlər keçirilir və bu da Azərbaycan musiqisini bir daha nümayiş etdirir. Fürsətdən istifadə edərək bütün musiqiçiləri, Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edir, musiqimizin hər zaman yüksəkdə olmağını arzulayıram”, - deyə o qeyd edib.