\
22 Fevral 2025 - Şənbə

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqləri başlanılıb

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqləri başlanılıb
1239baxış
Teatrın mətbuat xidmətindən verilən məlumata görə böyük dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında müasir səhnə variantında hazırlanan tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir. 
 
Mediapress.az-ın məlumatına görə, “Artstudiya” teatr studiyasında məşqləri başlanan tamaşanın bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı Emil Elmanoğludur.
 
Tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.
 
Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısı Saranın ona qarşı olan amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqları naminə əmisioğlu Bəhram tərəfindən atılan Saranın gələcəyə dair ən gözəl ümidləri də puça çıxır.