\
20 Sentyabr 2024 - Cümə

Rasim Balayev "Şərəf" ordenindən danışdı

Rasim Balayev "Şərəf" ordenindən danışdı
1935baxış

Azərbaycan prezidenti İlham Əliyev kino xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, bir qrup şəxs Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə təltif edilib. Onlar arasında xalq artisti Rasim Balayev də var. O, "Şərəf"ordeni ilə təltif olunub. 

Musavat.com xalq artisti ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib: 

"Yol gedirdim. Başım qarışıqdır, saytları oxuya bilmirəm. Kinostudiyanın rəhbəri zəng edib, məlumat verdi, təbrik etdi. 

Bayaqdan dostlarım da təbrik üçün əlaqə saxlayır. Prezidentimizə mənə göstərdiyi diqqətə görə təşəkkür edirəm".

R.Balayev səhhətindən də bəhs edib:

"Özümü yaxşı hiss edirəm. Artıq sərbəst gəzə bilirəm. Səhhətim yaxşıdır".

Mediapress.az