“Qatilin qızını evinizdə gəlin saxlayardınız? “ - xalq artisti əsəbləşdi
Xalq artisti Həmidə Ömərova “ata ocağı” serialında canlandırdığı Şəfiqə obrazına görə onu qınayanlara cavab verib.
Musavat.com xəbər verir ki, aktrisa onu təhqir edənlərə mesaj göndərib: “Ay Şəfiqəni qınayanlar, sizə sual verirəm. Siz olsaydınız, qatilin qızını evinizdə gəlin saxlayardınız? Qatilin qızı ilə heç nə olmamış kimi rəftar edərdiniz? Şəfiqəni qınamayın, balası dünyasını dəyişib. Bala dərdini Allah heç kimə göstərməsin. Valideynləri və övladları biz seçmirik. Bənövşə də xoşbəxt olmaq istəyirdi. Həyatda kim aldanmır ki? Siz hamınız xoşbəxtsiz, bəxtəvərsiniz, heç vaxt aldanmamısınız? Alçaq, vicdansız adamlarla rastlaşmamısınız? Xahiş edirəm ki, nə məni, nə başqa aktyorları təhqir edin. Biz yalnız ssenaridə yazılan rolumuzu oynayırıq. Hansısa rol əsəbinizə toxunursa, baxmayın və bizi təhqir etməyin. Bu ən azından mədəniyyətsizlikdir. Şəfiqənin hərəkətlərinin əndazədən çıxdığını deyirsiniz. Özünüz təhqir yazanda əndazədən çıxırsınız. Şəfiqə ancaq roldur. Tamaşaçı olaraq tənqid edin, fikrinizi bildirin, amma təhqirə keçməyin. Mən Şəfiqə deyiləm, Həmidəyəm. Sizin aktrisayam və həmişə sizə minnətdar olacağam”.