\
25 Noyabr 2024 - Bazar ertəsi

Azerbaijan Fashion Week 8-ci mövsümü öz işinə başlayır

Azerbaijan Fashion Week 8-ci mövsümü öz işinə başlayır
1859baxış

Mediapress.az xəbər verir ki, 1-3 noyabr 2018-ci il tarixlərində, Muzey Mərkəzində Azerbaijan Fashion Week - ölkəmizin rəsmi moda həftəsinin 8-ci mövsümü keçiriləcək. AFW-in 8-ci mövsümünün rəsmi sloqanı "Art meets fashion" kimi səslənir, mövsümün əsas mövzusunu aydın ifadə edərək, Həftənin təşkilatçıları, həmçinin nümayişlər üçün əsas meydançanın seçimiylə, bunu bir daha vurğulamağa qərar verdilər.

Modaya xas olan yaradıcı başlanğıca baxmayaraq, ilkin olaraq, o, yalnız kommersiya mahiyyətinə əsaslanan istehlak məhsulu kimi qəbul edilirdi, incəsənət isə, daha yüksək estetik sahəyə aid edilirdi. Bu gün isə, ilk növbədə, əl ilə yaradılan və kütləvi istehlak üçün nəzərdə tutulmayan yüksək moda ümumiyyətlə sənətin ayrı bir sahəsi hesab olunur. Muzeylərdə getdikcə daha çox moda sərgilərinin keçirilməsi faktı isə, şübhəsiz, sənət və moda arasında olan sərhədlərin daha da çox silinməsinə səbəb olur.

Azərbaycan Moda Həftəsinin 8-ci mövsümünün əsas vizual obrazları kimi, muəllifin razılığı ilə, Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq fəlsəfəsi doktoru və Rusiya İmperator Akademiyasının fəxri akademiki, Rəşad Mehdiyevin əsərləri istifadə edilmişdir. Qadın - onun siması, cəmiyyətdəki və ilham mənbəyi kimi, yaradıcılıq prosesindəki rolu, qarşıdakı Həftənin hörmətli qonaqlarından biri olacaq bu istedadlı müasir rəssamın işlərində mərkəzi yerlərdən birini tutur.

8-ci mövsümün iştirakçıları Kaftan, Aygün Talıbova, Çəkməçi, Meeamee, SK collection, Aya Bapani, Mak Mari, A.Sain, NUBI Couture, La Veine, Noora, Elian Couture, Zherebtsov, Ayşən Həbibova kimi dizaynerlər və markalar olacaqlar. Azərbaycan, Qazaxıstan, Gürcüstan və Tacikistandan olan dizaynerlər 2019-cu ilin yaz-yay mövsümünün ən son koleksiyalarını qonaqlara təqdim edəcəklər.

Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən Showroom АFW də təşkil olunacaq. Showroom АFW-in əsas məqsədi - butik sahibləri və bayerlərə uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, yerində və zamanında öz brendini tapmaq, öz qarderobu üçün yeni geyim seçmək imkanı yaratmaqdır.

Tədbirlərin cədvəli, məkanların siyahısı, dizaynerlər haqda daha ətraflı http://www.afw.az/az saytından məlumat əldə edə bilərsiniz.

Könül Qocayeva