\
25 Noyabr 2024 - Bazar ertəsi

British Council "Unlimited" proqramı çərçivəsində Azərbaycanda məhdud imkanlı insanlar tərəfindən yaradılan incəsənəti dəstəkləməyə davam edir

British Council "Unlimited" proqramı çərçivəsində Azərbaycanda məhdud imkanlı insanlar tərəfindən yaradılan incəsənəti dəstəkləməyə davam edir
1723baxış

"Unlimited: Düzgün Hərəkətlər Edək" incəsənət və əlillik sahəsində həyata keçirilən bir proqramdır və kimliyindən, ya da fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideya üzərində əsaslanır. Proqramın tərkibinə seminarlar, maarifləndirici forumlar və təlimlər daxildir. 2015-ci ildə British Council qismində start götürən bu proqram, Azərbaycanda yaşayan məhdud imkanlı insanların həyatına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

British Council Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq şəraitində "Unlimited" proqramı çərçivəsində müxtəlif sahələrdən olan mütəxəssisləri innovativ inklüziv təcrübələri müzakirə etmək üçün təlim sessiyaları təşkil edəcək.

Təlim 13-14 noyabr tarixlərində (10.00-12.30) Park Inn otelində keçiriləcək. Təlimlər Birləşmiş Krallığın "Shape Arts" təşkilatı tərəfindən təmsil olunan Barbara Lisicki və Zoe Partington tərəfindən aparılacaq. Təlimin əsas məqsədi müxtəlif sektorlarda işləyən peşakərlara əlilliyi olan insanların hüquq və imkan bərabərliyi məsələləri ilə tanış etmək, və iş yerlərində innovativ və inklüziv təcrübələrin tətbiqi üçün ideyalar hazırlamaq imkanı verməkdir.

Barbara Lisicki məhdud imkanlı şəxslərin hüquq və imkan bərabərliyi istiqamətində sosial yönümlü "Equals Training CIC" təşkilatında direktor, eyni zamanda təlimçi və konsultant kimi fəaliyyət göstərir. Barbara 2012-ci il London Yay Olimpiya və Paralimpiya oyunlarında Mərasimlərin Müyəssərliyi üzrə menecer vəzifəsində çalışıb.

Zoe Partington Birləşmiş Krallığın "Shape Arts" təşkilatı ilə incəsənət, dizayn və memarlıq sahələrində inklüzivlik istiqamətində xüsusi bilik təmin edən təlimatçı, təftişçi və incəsənət ustası kimi fəaliyyət göstərib. O, iş mühitində əlilliyi olan memarlar və dizaynerlərlə ən yaxşı müyəssərlik modellərini yaradan və təbliğ edən "Dis/Ordinary Architecture" təşkilatın həmdirektorudur.

Mediapress.az

Könül Qocayeva