Baş İdarə Konstitusiya gününə həsr olunmuş konsert keçirib - FOTOLAR
1766
Mediapress.az xəbər verir ki, noyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında 12 noyabr - Konstitusiya gününə həsr olunmuş konsert keçirilib.
İlk öncə aparıcı Humay Muxtarova əsgərləri salamlayıb, bayram münasibətilə təbrik edib. Bildirib ki, 12 noyabr -Konstitusiya günü Azərbaycanın əlamətdar tarixləri sırasında xüsusi yer tutur. O, Konstitusiyanın yaranma tarixindən, inkişaf mərhələlərindən, Əsas Qanunda təsbit olunan insan hüquq və azadlıqlarından ətraflı məlumat verib.
Daha sonra tanınmış müğənni Rahidə Baxışovanın və rəqqasə Səbinə İsmayılovanın ifaları əsgər və zabitlərdə bayram əhval-ruhiyyəsi yaradır.