"Şurik"in sevgilisi vəfat edib
Sovet və Rusiya aktrisası, Rusiyanın əməkdar artisti Valentina Berezutskaya 86 yaşında dünyasını dəyişib.
TASS xəbər verir ki, bu barədə "Rossiya K" kanalı ("Mədəniyyət") öz "Twitter" səhifəsində məlumat yayıb.
"Rusiyanın əməkdar artisti Valentina Berezutskaya 86 yaşında dünyasını dəyişib", - deyə məlumatda bildirilir.
Berezutskaya Azərbaycan tamaşaçısına daha çox "I əməliyyatı və Şurikin digər macəraları" filmindən (1965) tanışdır. O həmçinin "Durnalar uçur" (1957), "Əsgər haqqında ballada" (1959), "Pokrovskie qapıları" (1982), "Qarı nənələr" (2003), "Gündüz gözətçisi" (2006), "Əlahəzrətin adyutantı" və s ekran əsərlərində rol alıb.
Aktrisanın yanvarın 31-i ürək tutmasından öz evində keçindiyi bildirilir.(faktor)