\
20 Sentyabr 2024 - Cümə

YUĞ Dövlət Teatrında A.P.Çexovun əsəri əsasında tamaşa hazırlanır - FOTO

YUĞ Dövlət Teatrında A.P.Çexovun əsəri əsasında tamaşa hazırlanır - FOTO
1677baxış

Mediapress.az xəbər verir ki, YUĞ Dövlət Teatrında A.P.Çexovun “Təklif” birpərdəli vodevili əsasında yeni tamaşa hazırlanır. Tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Sabir Məmmədovdur.

Tamaşada Əməkdar artistlər Vidadi Həsənov, Elxan Yunis, aktyorlar Mətanət Abbasova, Zümrüd Qasımova, Elgün Həmidov və Hikmət Rəhimov çıxış edirlər.

Tamaşanın premyerası mart ayına nəzərdə tutulub.

Könül AYPARA