Mediapress.az teatrla bağlı problemi qaldırdı, nazir "Çözəcəyəm" - dedi
Mediapress.az xəbər verir ki, bu gün Milli Kitabxanada mədəniyyət naziri Əbülfəs Qarayev Prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə qaldırılan məsələlərə həsr olunan mətbuat konfransı keçirtdi. Həmçinin 40 dəqiqəlik jurnalistlərin suallarını cavablandırmağa vaxtının olduğunu vurğuladı. Fürsətdən istifadə edib, 18 ildir ki, fəaliyyətdə olan Bakı Uşaq Teatrının hələ də şəxsi binasının olmaması ilə bağlı cənab nazirimizə sual ünvanladım.
- Düz buyurdunuz. İntiqamla (teatrın rəhbəri İntiqam Soltan – K.A.) gözəl münasibətimiz var . Hörmət etdiyim şəxslərdəndir. Bakı Şəhər İcra Hakimiyyət ilə birlikdə bu il Uşaq Teatrına bina verilməsi ilə bağlı danışıqlar aparacağam. Tez bir zamanda bu problemin həlli üçün əlimdən gələni edəcəyəm!
Xatırladım ki, Bakı Uşaq Teatrı 2001-ci ildə yaradılıb. 2002-ci il mayın 1-dən İntiqam Soltanın direktor-bədii rəhbər i təyin olunması ilə fəaliyyətə başlayıb.
Teatrda 70-ə yaxın uşaq mütəxəssisi çalışır. 2009-cu ilin noyabr ayında Bakı Uşaq Teatrı nəzdində xüsusu qayğıya ehtiyacı olan uşaqlardan ibarət teatr studiyası yaradılıb. Qısa fəaliyyəti dövründə bu studiya respublikamızda keçirilən əlilliyi olan uşaq və gənclərin inteqrativ tamaşalarının 4-cü milli festivalında, Moskvada keçirilən sağlamlığı məhdud olan şəxslər üçün gənclərin 2-ci beynəlxalq yaradıcılıq festivalında uğurla çıxış etmiş və diplomla təltif olunub.
Bakı Uşaq Teatrının bədii-rəhbəri və direktoru İntiqam Soltan və burada çalışan digər mütəxəssislər, rejissorlar, aktyorlar, bəstəkarlar, rəssamlar müxtəlif bədii və sənədli filmlərdə, eləcə də Azərbaycan televiziyalarında istehsal edilən müxtəlif seriallarda böyük iş təcrübəsinə malikdirlər.
Bakı Uşaq Teatrı 2008-ci il mayın 23-nə kimi Dənizkənarı Milli Park ərazisindəki binasında fəaliyyət göstərib. 2008-ci il may ayının 24-dən 2013-cü il nmay ayının 31-nə kimi Hüseynqulu Sarabski adına mədəniyyət evinin binasında yerləşib. HazırdaSuraxanı rayonu Qaraçuxur qəsəbəsində Qurban Abbasov adınamədəniyyət evində yerləşir.
Hazırladı: Könül Aypara