Xalq artisti əməliyyat olunub
Akademik Milli Dram teatrının aktyoru, xalq artisti Ramiz Novruz ağciyərindən əməliyyat olunub.
Bu barədə kulis.aza aktyor özü məlumat verib. Bildirib ki, ildə bir dəfə ümumi olaraq həkim müayinəsindən keçir:
“Bu il də hər il olduğu kimi tibbi prosedurları yerinə yetirdim. Ancaq rentgen müayinəsi zamanı həkimlər ağciyərimdə ləkə olduğunu aşkar etdilər. Əslində bu xəbər mənim üçün çox gözlənilməz oldu. Sağlamlığımla bağlı bu vaxta qədər heç bir ciddi problemim olmamışdı. Həkimlərin və ailəmin də məsləhətindən sonra gələcəkdə hər hansı ciddi fəsad verməsin deyə əməliyyat olunmağıma qərar verdim.”
Ramiz Novruz hal-hazırda evdədir. Özünü yaxşı hiss edir. O, teatrdakı rollarına ara verib. Aprel ayından həm teatrdakı, həm də televiziyadakı işlərini davam etdirəcək.