\
24 Noyabr 2024 - Bazar günü

“İstedArt” mədəni-xeyriyyə layihəsinin 3-cü mövsümünün yekunu ilə bağlı sərgi keçirilib

“İstedArt” mədəni-xeyriyyə layihəsinin 3-cü mövsümünün yekunu ilə bağlı sərgi keçirilib
1967baxış

İçərişəhərdə yerləşən Arxeoloji parkda “İstedArt” mədəni-xeyriyyə layihəsinin 3-cü mövsümünün yekunu ilə bağlı sərgi təşkil olunub.

"Report" xəbər verir ki, sərgidə İçərişəhərə həsr edilən 36 iş təqdim edilib.

Sərgidə həmçinin Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin musiqili çıxışı olub.

Qeyd olunub ki, layihənin bu mövsümündə Bakı şəhərinin internat məktəblərindən, Daun sindromlu şəxslərin reabilitasiya mərkəzindən 34 uşaq 8 müəllimin rəhbərliyi altında rəssamlıq və qrafika üzrə İçərişəhərdə yerləşən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində dərs keçib.

Ümumilikdə, 1 il ərzində 100-dən çox uşağı öz ətrafında birləşdirən layihəni keçirməkdə məqsəd valideyn himayəsindən məhrum olmuş, fiziki və əqli cəhətdən üzrlü, maddi sıxıntı çəkən uşaqların bacarıqlarını üzə çıxarmaq, onlara öz inkişaflarında bütün maneələrə baxmayaraq dəstək olmaqdır. Bu müddətdə uşaqlar həmçinin aktyor sənəti və qrafika üzrə də ustad dərslərində iştirak ediblər.

Layihənin bu ilin payızından etibarən 4-cü mövsümünə start verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin mart ayından etibarən start götürən "İstedArt" mədəni-xeyriyyə layihəsini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdərəsi həyata keçirir. 

Mediapress.az