Parisdə azərbaycanlı rəssam Əli Seyranın "Azərbaycan miniatürləri" rəsm sərgisi keçirilib - Fransada - FOTOLAR
Mediapress.az xəbər verir ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Oriental Fashion Show dəstəyi ilə Səfirliyin Mədəniyyət Mərkəzində rəssam Əli Seyranın “Azərbaycan miniatürları” adlı sərgisi keçirilmişdir.
Tədbiri ADFA-nın prezidenti Günel Səfərova qonaqları salamlayaraq açdı və ilk olaraq tədbirin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Fransadakı Səfiri cənab Rəhman Mustafayeva və ADFA-nın vitse prezidenti Aytən Muradovaya təşəkkürünü bildirdi. Daha sonra Səfirliyin Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın tarixi abidələr siyahısına daxil olmasından və Azərbaycan dövlətinin Fransada tarixi abidələrin qorunması və restavrasiya olunmasında gördüyü işlərdən bəhs etdi. Çıxışın sonunda rəssam Ali Seyranın yaradıcılığını və sərgidə təqdim olunan əsərləri təqdim etdi. Əli Seyran öz növbəsində İmadəddin Nəsiminin şerlərindən ilhamlandığını və miniatürlarda sufilik, dərviş həyatı, eyni zamanda ov və müharibə səhnələrini canlandırdığını qeyd etdi.
Sərgidə iştirak edən qonaqlar sırasında Fransanın ən məşhur muzeylərindən olan Musée du Quai Branly idarə heyətinin üzvü (Mahjoub Berreguig) Mahcub Berqiq, hərbi və dövlət xadimi General Şarl dö Qollun (Charles de Gaulle) qardaşının nəvəsi, diplomat və fotoqraf Loran dö Qoll (Laurent de Gaulle), Lev Tolstoyun və Konstantin Stanislavskinin nəvəsi, rejissor, ssenarist və prodüser Maksim Marduxayev, APTAGAP Yeni Texnologiyaların Təşviqi Birliyi və AMSA Mədəniyyətlərarası mübadilə Assosiasiyasının prezidenti Aleksandr Buasson, Al Sharkiah jurnalının Fashion Editor & Stylist Suna Moya, fransız jurnalistlər və digər sənətsevərlər var idi.