Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirəsi anılıb
Mediapress.az xəbər verir ki, Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi tərəfindən ənənəvi olaraq Dövlət Mahnı Teatrında görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirə günü münasibətilə tədbir keçirilib.
Konsert məktəbin xor kollektivinin ifasında Qara Qarayevin "Xoşbəxtlik mahnısı", A.Vivaldi "Gloria" və İtalyan xalq mahnısı "Funiculi, funikula" mahnıları və məktəbin xalq çalğı alətləri oreksterinın ifası ilə başlayıb.
Tədbirdə müxtəlif alətlərdə istedadlı şagirdlərin ifasında Vaqif Mustafazadə, Azər Rzayev, E.Qriq, R.Baijinin, Z.Binkin, O.Peterson, D.Kramer, Tofiq Quliyev və digər görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Sonda məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva çıxış edərək Rəşid Behbudovun həyat və musiqi fəaliyyəti barədə ətraflı məlumat verib, konsertdə iştirak edən şagirdləri uğurlu ifalarına görə təbrik edib.