\
29 Mart 2024 - Cümə

Şah Mat Teatrı mövsümünü “Stullar”la açacaq

Şah Mat Teatrı mövsümünü  “Stullar”la açacaq
1896baxış

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT Teatrı  3-cü mövsümünü Ejen İonsekonun “Stullar”tamaşası ilə açacaq.

Mediapress.az xəbər verir ki, tamaşa 5 sentiyabr tarixində saat 19.30-da “Etüd” kafe-barında nümayiş olunacaq.

İki personajın rol aldığı səhnə əsəri rejissorlar Ümid Abbas və   Mir Qabil Ələkbərovun quruluşunda təqdim olunacaq.

Psixoloji dram janrında olan tamaşanın qəhrəmanı uzun illərdir adada tənha yaşayır. Hər gün eyni əhvalatlardan, eyni xatirələrdən bezir və qərara gəlir ki, dünyada sağ qalmış insanları evinə qonaq çağırsın. Beləliklə, qapı döyülür və xəyali qonaqlar təşrif buyurur. Hər qonağa boş bir stul. Qonaqlar gəlməyə başlayır, çox gözlənilən əlahəzrət imperator da gəldikdən sonra, növbə Natiqdədir. O bizim qəhramanın çoxdan düşündüyü və heç kəsə demədiyi sözləri çatdırmalıdır. Natiq isə LALdır.

Gənc sənətçilər Mir Qabil Ələkbərov və Ümid Abbas tərəfindən oynanlılan tamaşaya biletləri 3 AZN əldə etmək mümkündür.

Ünvan «ETUD Cafe & Bar» İslam Səfərli küçəsi 23.