\
24 Noyabr 2024 - Bazar günü

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının növbəti Baş Assambleyası Belçika Krallığının Spa şəhərində keçirilir

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının növbəti Baş Assambleyası Belçika Krallığının Spa şəhərində keçirilir
1797baxış

2019-cu ilin 9-12 oktyabr tarixində Belçikanın Spa şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) növbəti Baş Assambleyası keçirilir. Assambleyada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Xalq Yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova iştirak edir.

Assambleya çərçivəsində 2019-cu ildə görülmüş işlərin hesabatı, maliyyə məsələləri, digər təşkilatlarla əlaqələr və marketinq prosesi, assosiasiyaya yeni üzvlərin seçilməsi və növbəti toplantıların təşkil olunması ilə bağlı məsələlər müzakirə olundu.

Həmçinin iclasda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının on illik yubileyi qeyd olundu. EHTTA-nın prezidenti Cüzeppe Bellandi çıxışında tarixi və termal şəhərlərin vəhdətinin mədəni irsin inkişafına təkan verdiyini, bu strategiya əsasında qurulan təşkilatın fəaliyyəti nəticəsində şəbəkənin ildən ilə daha da genişləndiyini qeyd etdi.

Assambleyanın gündəliyində yer alan məsələlərdən biri də yeni üzvlərin seçilməsi ilə bağlı Estoniyanın Pyarnu şəhərinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına bərabərhüquqlu üzv kimi qəbul olunması haqqında qərar verildi.

Daha sonra Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının İcraiyyə Şurasına yeni prezident və vitse-prezident seçkiləri keçirildi. Səsvermənin nəticəsi olaraq İspaniyanın Ourense əyalətinin meri Manuel Baltar Blanco EHTTA-nın prezidenti, Hugo Oliveira, Eric Brut və Lorenzo Lucçini isə vitse-prezident seçildi.

Bildiririk ki, Avropa Şurasının mədəni marşrutlar layihəsi çərçivəsində fəaliyyət göstərən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Avropada mədəni irsin qorunması sahəsində mühüm işlər həyata keçirir və 2016-cı ildən etibarən Qalaaltı təşkilatın bərabərhüquqlu üzvüdür.

Mediapress.az