Nizami Kino Mərkəzində «İran Kinosu Günləri »nin açılış mərasimi olacaq
Mediapress.az xəbər verir ki, fevralın 23- də Nizami Kino Mərkəzində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə və Nizami Kino Mərkəzinin dəstəyi ilə “Iran Kinosu Günləri”nin açılış mərasimi keçiriləcək.
Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İran səfirliyini fövqəladə və səlahiyyətli səfiri doktor Cavad Cahangirzadə, Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri doktor Abuzər İbrahimi Türkman, və İran kinematoqrafiyasının tanınmış simaları iştirak edəcək. Açılış mərasiminin rəsmi hisssindən sonra “Badiqard” bədii filmi nümayiş olunacaq.
Xatırladaq ki, Kino Günləri ərzində fevralın 24-də saat 16:00 və 20:00-da “Xəyalın şirin tamı”, fevraın 25-də saat 16:00 və 20:00-da “Divanə top”, fevraın 27-də saat 18:00-da “Ayaqqabım hanı?”, bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.
Könül AYPARA