\
25 Aprel 2024 - Cümə axşamı

Əfsanəvi kamança ifaçısı Mark Eliyahu Bakıya gəlir

Əfsanəvi kamança ifaçısı Mark Eliyahu Bakıya gəlir
1286baxış

Məşhur kamança ustası Mark Eliyahu 14-15 noyabr 2019-cu il tarixlərində Qafqaz turu çərçivəsində Bakıda və Gəncədə konsert verəcək. 

Bakıdakı "United Cultures" təşkilatından Mediapress.az-a verilən məlumata görə, Markın maraqlı repertuardan ibarət dinamik və emosional konsert proqramı "Elektra Hall"da baş tutacaq.

Qeyd edək ki, kamança ustası Qafqaz regionunun digər şəhərlərini gəzə-gəzə Bakıya gələcək. Yolboyu isə meydanlarda, küçələrdə əhali ilə görüşdükdə Azərbaycan muğamlarını təbliğ edəcək. 

Məlumat üçün onu da bildirək ki, 1982-ci ildə  Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb. Markın atası da məşhur musiqisi Piris Eliyahudur.

Könül Aypara