\
25 Aprel 2024 - Cümə axşamı

Pol Qogenin "Qalın ağac"ı 9,5 milyon avroya satıldı

Pol Qogenin "Qalın ağac"ı 9,5 milyon avroya satıldı
1762baxış
Fransız rəssam Pol Qogenin "Qalın ağac" əsəri Parisdə hərracda 9,5 milyon avroya satılıb.
 
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, rəsmi alan adı açıqlanmayan beynəlxalq kolleksiyaçı əsərin Fransada qalacağını vəd edib.
 
1897-ci ildə çəkilən tablo rəssamın Taiti dövrünün şedevri hesab edilir. Qogenin 9 məşhur əsərindən sadəcə "Qalın ağac" xüsusi kolleksiyada qalır. Digərləri isə dünyanın məşhur muzeylərində, xüsusən də Ermitraj və Orsedə sərgilənir.
 
Qeyd edək ki, bu, rəssamın ən bahalı əsəri deyil. Belə ki, onun "Toy nə vaxt?" əsəri 2015-ci ildə 300 milyon dollara satılmışdı.