\
20 Aprel 2024 - Şənbə

Azərbaycan Vokalçılar Festivalı keçiriləcək - Mədəniyyət kanalında

Azərbaycan Vokalçılar Festivalı keçiriləcək - Mədəniyyət kanalında
1193baxış

17-24 dekabr 2019 il tarixlərində Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Televiziyasının Mədəniyyət kanalının yeni layihəsi - Klassik Vokalçıların Ümumrespublika Festivalı keçiriləcək.

Mediapress.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq.

Festivalın təntənəli bağlanış mərasimi 24 dekabr 2019 il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək.