\
24 Noyabr 2024 - Bazar günü

Xəstəxanaya yerləşdirilən xalq artistinin həyat yoldaşı ölkə başçısına müraciət ünvanladı

Xəstəxanaya yerləşdirilən xalq artistinin həyat yoldaşı ölkə başçısına müraciət ünvanladı
1495baxış

Respublikanın xalq artisti,rejissor, prezident təqaüdçüsü Ağakişi Kazımov insult keçirib.Bu barədə Mediapress.az-a respublikanın əməkdar artisti Mehriban Abdullayeva məlumat verib.

Mehriban xanım bildirib ki, son günlər Ağakişi müəllim özünü yaxşı hiss etmirdi. 2019-cu il noyabr ayının 28-də həyətdə gəzərkən qəflətən yıxılıb. Demək olar, o gündən sonra vəziyyəti pisləşib.

Dekabr ayının 13-də təcili tibbi yardımın ilkin müayinəsindən sonra Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən rejissor dekabr ayının 30-da evə buraxılıb.

Qeyd edək ki,yanvar ayının 1-də xalq artistinin vəziyyəti yenidən pisləşəndə Binəqədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Bu gün də orada müalicə alan Ağakişi müəllimin vəziyyəti bir o qədər də yaxşı deyil.

Rejissorun həyat yoldaşı Mehriban xanım saytımız vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevdən və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevadan Ağakişi müəllimin müalicəsinə yardım etmələrini xahiş edir.