\
22 Noyabr 2024 - Cümə

Aqrar məhsulların nağd alışı üçün yuxarı hədd müəyyənləşdi

Aqrar məhsulların nağd alışı üçün yuxarı hədd müəyyənləşdi
12587baxış

Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

"Mediapress.az" xəbər verir ki, qanuna edilən dəyişikliklərə əsasən nağdsız qaydada kənd təsərrüfatı sahəsində həyata keçirilən hesablaşmalar müəyyənləşib.

Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilməyəcək.

Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilən malların sayı artırılıb.

Belə ki, siyahıya xam dərinin tədarükü (alışı) də əlavə edilib.