Avstraliya bankları Ermənistana göndərilən çirkli pulları araşdırır
1485
Avstraliyanın iki böyük bankı orada toplanan və hesablardan Ermənistana köçürülən pullarla bağlı araşdırmaya başlayıb.
Mediapress.azxəbər verir ki, bu barədə Avstraliya Türk Vəkillik İttifaqı məlumat yayıb.
“Bizə, həmin vəsaitlə klaster bombaları kimi qadağan edilmiş döyüş sursatlarının satın alınmasını təmin edərək, insanlığa qarşı cinayətlərin ortağı olmaqdan qorxduqlarını söylədilər. “Amnesty International” təşkilatı bu yaxınlarda Ermənistanın Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə qarşı klaster bombalarından istifadə etdiyini təsdiqlədi.
Eyni banklar və digər müvafiq qurumlar da AML / CTF (çirkli pulların yuyulmasına və terrorçuluq əleyhinə fəaliyyətin maliyyələşdirilməsinə qarşı qanun) öhdəliklərinin pozulub-pozulmadığına baxır. Çünki Avstraliya pulunun göndərildikdən sonra yekunda necə istifadə ediləcəyini izləmək mümkün deyil", - deyə məlumatda vurğulanıb.
Həmçinin qeyd edilib ki, bu barədə ətraflı məlumat əldə edilən kimi açıqlama veriləcək.