Bu gündən etibarən “Formula-1" ilə bağlı 17 marşrutun hərəkət sxemi dəyişdirilib
1760
Bu gündən etibarən Bakıda keçirilən “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bu barədə KİV-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. Məlumata görə, 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.