\
22 Noyabr 2024 - Cümə

Neftin qiyməti 71 dolları ötdü

Neftin qiyməti 71 dolları ötdü
1698baxış

Dünya birjalarında neft qiymətləri bahalaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,85 faiz bahalaşaraq 71,34 dollar təşkil edib.

Qeyd edək ki, son dəfə “Brent” markalı neftin qiyməti ötən ilin yanvarında 71 dollardan yüksək olmuşdu.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,81 faiz bahalaşaraq 67,95 dollar olub.