\
22 Noyabr 2024 - Cümə

“ƏDV geri al” xidməti və bonus kartları - Sorğu

“ƏDV geri al” xidməti və bonus kartları - Sorğu
1020baxış

Media Təhlil Mərkəzi tərəfindən “ƏDV geri al” layihəsi və bonus/endirim kartları ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə 6-10 mart tarixlərində növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 676 respondentin 44%-ni qadınlar, 56%-ni kişilər təşkil edib.

“Topladığınız ƏDV məbləği ilə nə edirsiniz?” sualına cavab verənlərin  58,3%-i geri qaytarılan vəsaitlə ödənişlər etdiyini, 24,7%-i isə topladıqları məbləği kartında saxladığını qeyd edib. Respondentlərin 5,3%- toplanan pulları nəğdləşdirdiyini vurğulasa da, 11,7%-i isə “ƏDV geri al” xidmətindən istifadə etmədiyini bildirib.

“Bonus və endirim kartlarının keçərli olması alış-verişinizə təsir edirmi?” sualına verilən cavabların faiz göstəricisi bir-birinə yaxın olub. Respondentlərin 51,2%-i bonus və endirim kartlarının o qədər də əhəmiyyət kəsb etmədiyini, kartları olmayan mağazalardan da alış-veriş etdiklərini söyləyiblər. Sorğu iştirakçılarının 48,8%-ni bonus kartlarının keçərli olduğu mağazalara üstünlük verənlər təşkil edib.

Sorğunun nəticələri göstərir ki, respondentlər bonus və endirim kartlarından daha çox ərzaq alış-verişlərində istifadə edirlər. Bu sıralamada ikinci yeri geyim və ayaqqabı, üçüncü yeri texnika və məişət avadanlıqları tutur. Parfümeriya məhsullarının alışında isə bonus və endirim kartlarından daha az istifadə olunur.

Mediapress.az