“Aqroservis” sığortaçı seçir
1179
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC aqrar texnikaların kasko sığortası üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri mayın 21-i, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 31-I, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi təqdim edə bilərlər.
Tenderin nəticəsi iyunun 31-də, saat 11:00-da portalda açıqlanacaq.