\
23 Noyabr 2024 - Şənbə

Ağstafanın bəzi yolları yenidən qurulacaq - Prezidentin Sərəncamı ilə

Ağstafanın bəzi yolları yenidən qurulacaq - Prezidentin Sərəncamı ilə
1825baxış

Ağstafa rayonunun Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Azərtac-ın məlumatına görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2018-ci il.