\
26 Aprel 2024 - Cümə

Pakistan HHQ-nin nümayəndə heyəti Bakıya gəlir

Pakistan HHQ-nin nümayəndə heyəti Bakıya gəlir
1470baxış

Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 15-də ölkəmizə səfər edəcək.

Bu barədə Mediapress.az Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair təqdimatlar veriləcək.