\
28 Mart 2024 - Cümə axşamı

Azərbaycan əhalisinin nominal gəlirləri açıqlanıb

Azərbaycan əhalisinin nominal gəlirləri açıqlanıb
1907baxış

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 22,090 mlrd. manat və ya hər nəfərə orta hesabla 2 207,1 manat təşkil edib.

Mediapress.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 0,8% və 1,3% azalıb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 19 796,1 mln. manat və ya hər nəfərinə 1 977,9 manat vəsait qalıb. Bu, illik ifadədə müvafiq olaraq 1,6% və 2,1% azdır.