\
27 Aprel 2024 - Şənbə

Azərbaycanda elektrik enerjisi üzrə gecə və gündüz tarifləri müəyyən edilib

Azərbaycanda elektrik enerjisi üzrə gecə və gündüz tarifləri müəyyən edilib
1983baxış

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərara dəyişiklik olunub.

Mediapress.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.

Qərar sabahdan qüvvəyə minir.