Mətbuat katibinə vəzifə verildi
1741
Dövlət Turizm Agentliyinin (DTA) sədrinə yeni müşavir təyin olunub.
Bununla bağlı DTA sədri Fuad Nağıyev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Kənan Quluzadə təyin olunub.
Qeyd edək ki, K.Quluzadə bu təyinatadək Agentliyin mətbuat katibi vəzifəsində çalışıb.