\
22 Noyabr 2024 - Cümə

Buğda ixracına gömrük rüsumunun tətbiqi ilə bağlı yeni qərar

Buğda ixracına gömrük rüsumunun tətbiqi ilə bağlı yeni qərar
1578baxış
Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
 
Mediapress.az xəbər verir ki, qərara əsasən, bərk buğda, yumşaq buğda, pərinc və buğda-çovdar ununa tətbiq edilən 15% ixrac gömrük rüsumu hər 1000 kiloqramına 200 ABŞ dolları ixrac gömrük rüsumu ilə əvəz olunub.

Eyni zamanda Azərbaycanda ixrac olunan buğdanın hər 1000 kiloqramına 200 ABŞ dolları ixrac gömrük rüsumu tətbiq ediləcək.

Bu Qərar 2022-ci il mayın 1-dək qüvvədədir.