\
23 Noyabr 2024 - Şənbə

“AZAL”-a dövlət əmlakının düzgün istifadə olunmaması ilə bağlı xəbərdarlıq edilib

“AZAL”-a dövlət əmlakının düzgün istifadə olunmaması ilə bağlı xəbərdarlıq edilib
1796baxış

“Azərbaycan Hava Yolları” QSC-də (AZAL) aparılmış auditin nəticəsi olaraq dövlət əmlakından istifadə olunması sahəsində müəyyən edilmiş qanunvericiliyin pozulması halları barədə Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat göndərilib.

 "APA-Economics"in məlumatına görə, bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub.

 "Təqdim edilmiş məlumata görə, komitə tərəfindən bağlanılan icarə müqaviləsinin şərtlərinə əsasən ikinci əldən başqa istifadəçilərə icarə verilməsinə yol verilməməsi barədə xəbərdarlıq məktubu göndərilib. Həmçinin, komitə əməkdaşları tərəfindən müvafiq monitorinqlərin keçirildiyi dövlət əmlakının istifadəsi ilə bağlı yol verilmiş nöqsanların aradan qaldırılması tələbi barədə bir daha xəbərdarlıq məktubunun göndərildiyi barədə Hesablama Palatasına məlumat verilib", - deyə məlumatda vurğulanıb.

Mediapress.az