Kartla işləyən “BakuBus”-un 11 nöqsanı aşkar edildi - Rəsmi məlumat
1874
Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində “BakuBus” MMC-də ötən il ərzində 11 nöqsan halı aşkar edilib. Mediapress.az-ın xəbərinə görə, Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir ki, nöqsanların dördü mühasibat uçotu və hesabatlılıq, dördü vergi və gömrük qanunvericiliyinin pozulması, ikisi dövlət satınalmaları və biri isə büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub.