Sosial yardımın məbləği artırılır
1510
Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır.
Mediapress.az Report-a istinadən xəbər verir ki, ünvanlı dövlət sosial yardımının məbləği 200 manata qaldırılır.
Bununla bağlı sənəd yaxın vaxtlarda Milli Məclisdə müzakirə ediləcək.
Xatırladaq ki, bundan əvvəl ünvanlı dövlət sosial yardımının məbləği 170 manat təşkil edirdi.