Prezident İlham Əliyev deputatların maaşını artırdı - Qanuna əlavə
1089
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediapress.az AzərTac-ın məlumatına istinadən xəbər verir ki, dəyişiklik millət vəkillərinin maaşlarının artırılması məsələsini əhatə edir.
Bundan sonra Milli Məclis (MM) sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.
Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.