Tokioda Azərbaycan Ticarət Evi açılacaq
1501
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın səfiri Cuniçi Vada ilə görüşüb.
Nazir bu barədə "Twitter" hesabında yazıb. O qeyd edib ki, görüşdə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və Tokioda Azərbaycan Ticarət Evinin yaradılması barədə fikir mübadiləsi aparılıb. (apa)